Ermənistan qoşunlarını Qarabağdan çıxarır: “mərhələli həll” variantı gündəmdə
Bizi izləyin

Nida.az

Ermənistan qoşunlarını Qarabağdan çıxarır: “mərhələli həll” variantı gündəmdə

Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə mərhələli həll variantını gündəmə gətirmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Hayk Martirosyan deyib.

Onun sözlərinə görə, Rusiya bu addımı ilə həm də münaqişədə təşəbbüskar rolunu əlindən vermək istəmir.

“Bu prosesləri Rusiya xarici işlər naziri Sergey Lavrov aparır. O, ağıllı diplomatdır, lakin görünür, tarixi hadisələri unudub. Lavrov bilməlidir ki, vaxtilə məhz mərhələli həll variantı Ermənistanda prezidentin istefası ilə nəticələndi”, - deyə o bildirib.

Qeyd edək ki, “Mərhələli həll” variantına görə, Ermənistanın sərhədlərindən kənarda yerləşən istənilən erməni qoşunları bu sərhədlərin daxilinə çəkilir. Yəni işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan bütün erməni qoşunları çıxarılır. Daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu həll olunur.

Azərbaycan tərəfi bu variantın bəzi müddəaları ilə razılaşmasa da, Ermənistan onunla razılaşmışdı. Lakin buna görə həmin dövrdə prezident olan Levon Ter-Petrosyan devrildi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm