Afinada Azərbaycana qarşı MƏXFİ ANLAŞMA
Bizi izləyin

Nida.az

Afinada Azərbaycana qarşı MƏXFİ ANLAŞMA

Rusiya prezidenti Vladimir Putinin mayın 28-də Yunanıstana nəzərdə tutulan səfəri ilə bağlı maraqlı məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, hər şey təbii qaz məsələsi ilə bağlıdır.

Qeyd edək ki, Avropanın enerji təhlükəsizliyi üçün Rusiya qazına alternativ mənbə kimi Azərbaycan qazı götürülür. Hazırda Cənub Qaz Dəhlizi layihəsinin inşası istiqamətində işlər sürətlə aparılır. Bir neçə gün öncə Yunanıstanın Salonik şəhərində Cənub Qaz Dəhlizi layihəsinin ikinci hissəsi olan TAP boru kəmərinin təməli qoyuldu.

Bu layihənin həyata keçirilməsi Rusiyanın Avropanın qaz bazarında hegemonluğuna son qoyacaq. Moskva bu perspektivi gözə alaraq indiyə qədər bir çox həmlələr edib. Yunanıstanda solçu Çipras hökumətinin Kremllə yaxınlığı da Azərbaycan qazının Avropaya çıxışına qarşı əsas əngəllərdən hesab olunur. 2015-ci ildə solçu hökumət Rusiya ilə də anlaşmaya getmək üçün müəyyən addımlar atırdı. Lakin rəsmi Afinanın Avropa Birliyinə qarşı çıxması nəticədə ölkənin iflas həddinə çatmasına səbəb oldu. Bundan sonra Çipras hökuməti qaz məsələsində Kremllə əməkdaşlığı arxa plana keçirdi.

Yayılan məlumatlar isə Yunanıstanın solçu hökumətinin Kremllə gizli qaz anlaşmasına getdiyini göstərir.

Türkiyə kəşfiyyatına istinadən bu dəqiqələrdə yayılan informasiyaya görə, Yunanıstandakı Ayanoruz Rus Monastırında Afina ilə Kreml arasında gizli anlaşma imzalanacaq. Bu anlaşma Yunanıstan-Bolqarıstan boru xətti (İGB) il bağlıdır.

Məlumata görə, Kremlin ideoloqu hesab olunan Aleksandr Duqin hazırda Ayanoruz Rus Monastırındadır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm