Allahşükür Paşazadə Ərdoğana hədiyyə bağışlayacaq - ÖZƏL
Bizi izləyin

Nida.az

Allahşükür Paşazadə Ərdoğana hədiyyə bağışlayacaq - ÖZƏL

Allahşükür Paşazadə Ərdoğana hədiyyə bağışlayacaq - ÖZƏL

“Rəcəb Tayyib Ərdoğan bu gün saat təxminən 13.30-da Əjdərbəy məscidində namazını qılacaq”. Bunu Publika.Az-a açıqlamasında Əjdərbəy məscidinin axundu Hacı İlham Adiloğlu bildirib.

Onun sözlərinə görə, Ərdoğanın Əjdərbəy məscidinə gəlişi zamanı onu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə müşayət edəcək. İlham Adiloğlu deyib: “Ərdoğanın Bakıya səfəri zamanı məsciddə namaz qılması ilə əlaqədar ötən gündən etibarən məsciddə yüksək səviyyədə hazırlıq işlərinə başlanılıb, təmizlik işləri və qarşılanma hazırlığı aparılır. Namaz qılan zaman möhtərəm şeyximiz də orada olacaq. Yəqin ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, hörmətli Allahşükür Paşazadə də məscidin adından Rəcəb Təyyib Ərdoğana münasib hədiyyə bağışlayacaq.

Ümumiyyətlə, Əjdərbəy məscidinin üstünlüyü ondadır ki, Azərbaycana gələn qonaqlar adətən burada namaz qılırlar. Onun üçün də bizim məscid hər zaman qonaqları yüksək səviyyədə qarşılamağa tam hazırdır. İndiyədək dövlət səviyyəsində bu cür hallar çox olub. Bizim məsciddə namaz qılmağa təkcə Türkiyədən deyil, digər ölkələrdən də gələnlər var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm