Vaşinqton və Moskvanın Qarabağ hədəfi
Bizi izləyin

Nida.az

Vaşinqton və Moskvanın Qarabağ hədəfi

"ABŞ və Rusiyanın Qarabağ münaqişəsinin həllində müxtəlif hədəfləri var".

 

Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

 

Onun sözlərinə görə, Rusiya münaqişəni əvvəlki vəziyyətinə qaytarmaq istəyir: "İndi bunu "1994-cü il səviyyəsi" adlandırırlar. Azərbaycan üçün bundan qorxulu heç nə yoxdur. O, vəziyyətin bu səviyyəyə qaytarılması üçün aprel döyüşməyib".

 

Ekspertə görə, ABŞ-ın münaqişəyə dair hədəfi Ermənistan-Azərbaycan təmas xəttində son partlayışdan istifadə edərək, bölgədə öz təsirini gücləndirməkdir.

 

"Prezidentlərin iyun görüşündə Azərbaycan Ermənistandan ərazilərin azad olunmasını tələb edəcək. Bakı döyüşlərin təxirə salınmasını böyük güzəşt hesab edir və əraziləri azad etmək üçün istənilən an hərbi müdaxiləyə hazırdır. Fikrimcə, Ermənistan Bakının tələbini qəbul etməyəcək. Bu da regionda qarşıdurma prosesini gücləndirəcək", - deyə o bildirib.

 

Asif  

Oxumağa davam et
Reklam
Reklam

Gündəm