Ən yaxın dost Azərbaycan, ən böyük düşmən... SORĞU - VİDEO
Bizi izləyin

Nida.az

Ən yaxın dost Azərbaycan, ən böyük düşmən... SORĞU - VİDEO

“Türkiyə xarici siyasəti ictimai rəy araşdırma”sının 2016-cı ilə olan nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, Kadir Has Universitetinin keçirdiyi rəy sorğusunda Suriya, ABŞ, Avropa Birliyi, Rusiya ilə münasibətlər, ən böyük dost ölkə və ən böyük təhdid haqda suallar verilib.

“Türkiyənin ən yaxın dostu hansı ölkədir” sualına cavab verən respondentlərin 59,3 faizi “Azərbaycan” cavabını verib. Həmçinin, xarici siyasətdə Türkiyənin Azərbaycanla birlikdə hərəkət etməsinin vacibliyi haqda düşünənlərin sayı əvvəlki sorğularla müqayisədə 18,7 faizdən 48,5 faizə yüksəlib. Maraqlıdır ki, Türkiyəönin müsəlman ölkələri ilə birgə hərəkət etməsinin vacibliyini düşünənlərin sayı isə yarıya qədər azalıb.

Respondentlərin 69,6 faizi Türkiyə qarşı ən böyük xarici təhdid kimi Yaxın Şərq ölkələrinin olduğunu düşünür. Onların 30,4 faizi isə konkret Suriyanın adını çəkib. Bununla yanaşı, 34,9 faiz respondent Rusiyanın da Türkiyəyə qarşı təhlükə olduğunu qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm