Spiker: "Zahid müəllim, bir məsələdə səhv buraxdınız"
Bizi izləyin

Nida.az

Spiker: "Zahid müəllim, bir məsələdə səhv buraxdınız"

Biz Türkiyənin daxili siyasətinə qarışmırıq

Parlamentin bu günkü iclasında deputat Zahid Oruc Türkiyədə son bələdiyyə seçkilərindən danışıb. O deyib ki, son seçkilərin ölkə daxili məsələ olmayıb: “Bu bir sıra hallarda Ərdoğana etimad referendum hesab olunurdu. Ərdoğanın hakimiyyəti dönəmində 8-ci dəfə xalqdan dəstək alması Tüqrkiyənin uğurudur. Biz Türkiyənin daxili işlərinə qarışmırıq. Amma bu illər ərzində İlham Əliyevin və sayın Ərdoğanın hesabına münasibətlər bir qədər də irəli gedib. Sayın Ərdoğanın Azərbaycana səfəri mühüm dövrə təsadüf edir. Türkiyə Azərbaycanın təhlükəsizlik məsələsində vacib rol oynayır. Azərbaycanda Türkiyənin düşmənləri ilə düşməndir. Hesab edirəm ki, tərəflər münasibətlərini hərbi müttəfiqlik sazişi ilə başa çatdırsınlar".

Spiker cavabında qeyd edib ki, Z. Orucun mövqeyində yanlışlıq var “Zahid müəllim yaxşı danışdınız. Bir şeydə səhv buraxdınız. Əlbəttə, biz müsəlman ölkəsiyik. Amma biz həmdə dünyəvi dövlətik”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm