İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator illik hesabatını verdi
Bizi izləyin

Nida.az

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator illik hesabatını verdi

İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik

hesabatı dinlənilib. Daxili işlər nazirinin müavini, Milli Koordinator

Vilayət Eyvazov bildirib ki, 2004-cü ildə qəbul olunan Milli Fəaliyyət

Proqramına uyğun olaraq xüsusi polis qurumu yardılıb, bir sıra işlər həyata

keçirilib, beynəlxalq əlaqələr yaradılıb. Ötən il Milli Fəaliyyət

Proqramının 2009-2013-cü il mərhələsi başa çatıb.

Bu müddətdə ölkəmiz

Avropa Şurasının konvensiyasına qoşulub, iki qanun qəbul edilib, president

tərəfindən 4 sərəncam imzalanıb. Eləcədə insan alveri qurbanlarına verilən

konpensasiya 10 dəfə artırılaraq 400 manata çatdırılıb. Eləcədə uşaqlar

üçün hər bir avadanlıqla təhciz olunan sığınacaq yaradılıb. Bu məqsədlə 30

QHT-yə Dövlət Şurası tərəfindən maliyyə ayrılıb.

Nazir müavini deyib ki, ötən il Azərbaycanda insan alveri ilə məşğul olan

12 nəfərdən ibarət 5 cinayətkar qrup zərərsizləşdirilib: Həyata keçirilən

əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il 80 insan alveri və 4

cinayət işi üzrə 4 məcburi əmək cinayət faktı qeydə alınıb, insan alveri

qurbanı olan 56 şəxs müəyyən edilib. Qurbanlardan 37 nəfəri sığınacaqlarda

yerləşdirilib. Azərbaycanda son 10 il ərzində insan alverinə qarşı kompleks

mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət, hökumət və parlament

səviyyəsində xüsusi diqqət yetirilib. Ötən il Azərbaycanda 80 insan alveri

və 4 məcburi əmək faktı aşkarlanıb. İnsan alveri cinayətində

təqsirləndirilərək axtarışa elan olunmuş 17 şəxsdən 5-i tutularaq istintaq

və məhkəmə orqanlarına təqdim edilib. Müəyyən olunmuş 56 qurbandan (41-i

qadın, 15-i kişi) 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i

Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban

isə ölkə daxilində istismara məruz qalıb.

Qurbanlardan 37-si sığınacağa

yerləşdirilib və hər birinə zəruri yardımlar edilib. O cümlədən 22-si işlə

təmin edilib, 21-i peşə kursuna göndərilib, 50 qurbana birdəfəlik müavinət

verilib, 13-nə Kömək Fondu maddi yardım ayırıb.

Həyata keçirilmiş

profilaktik tədbirlərlə 12 qurban ailəsinə qayıdıb, dövlət vəsaiti hesabına

3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3

əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilib. İbtidai

istintaq və məhkəmə prosesi dövründə isə hər bir zərərçəkənə müdafiəçi

ayrılıb. Sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində

olan 23 azyaşlı uşaq “Azərbaycan Uşaqlar Birliyi” İctimai Təşkilatının

xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə

proqramlarında istiqamətləndirilib.

Baxımsız qalmış və risk qrupuna aid

olan 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında

köməklik göstərilib. İnsan alveri cinayətlərinin profilaktikası

çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı da

aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilib. İnsan alveri, əxlaqsızlıq

yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları,

əcnəbilərlə nikahdan ortaya çıxan və sair məsələlər ilə əlaqədar “Qaynar

Xətt” telefon xidmətinə daxil olmuş 14 minə yaxın müraciət araşdırılıb və

hər biri üzrə qanunla müəyyən edilmiş qaydada zəruri ölçülər götürülüb”.

Milli Koordinator əlavə edib ki, bu müddət ərzində hüquq-mühafizə orqanları

ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və

əməliyyat-axtarış tədbirləri ilə 580 insan alveri və məcburi əmək faktı

aşkarlanaraq 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil

dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib: “İnsan alverinin qurbanı

olan 529 şəxs cəmiyyətə reinteqrasiya olunub. Ötən il icrası başa çatan

ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə insan

alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması

prioritet vəzifələrdən olmaqla bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin

və KİV-in imkanlarından istifadə edilərək respublikanın bütün şəhər və

rayonlarında ümumilikdə 274 mədəni-kütləvi tədbir, o cümlədən çoxsaylı

treninq və seminarlar keçirilib. Profilaktik iş həm də respublikanın 78

məktəbini, litseyini, kollec və uşaq evlərini əhatə edib. İkinci Fəaliyyət

Planının icrası dövründə qeydə alınmış 400 insan alveri və məcburi əmək

cinayəti üzrə 176 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilmiş

263 qurbandan 173-ü təhlükəsiz sığınacağa yerləşdirilib. Reinteqrasiya

dövründə 232 qurbana birdəfəlik müavinət, 133 nəfərə Kömək Fondundan

yardımlar verilib. Həmçinin 48 nəfər işlə təmin edilib, 90 nəfərə peşə

kurslarına cəlb olunub, bir çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

yanında Yardım Mərkəzlərinə istiqamətləndirilib. Səhiyyə Nazirliyi

tərəfindən 155 insan alveri qurbanına və 579 potensial qurbana tibbi

yardımlar göstərilib və bu məqsədlər üçün ayrılmış 5 tibb müəssisəsi zəruri

avadanlıqlarla təchiz edilib.

Beynəlxalq ekspertlərinin hesabladığına götə, hət il 27 milyon şəxs insan

alverinin qurbanı olur. Cənab prezident insan alverinə qarşı mübarizənin

səmərəli həyata keçirilməsi üçün tapşırıqlar verilir. Artıq üçüncü

Fəaliyyət Proqramı hazırlanır. Cari ildə qarşımızda duran məsələlər bu

istiqamətdə mübarizənin daha effektiv aparılması, beynəlxalq və QHT-lərin

dəstəyindən istifadə etməkdir.

Milli Koordinator çıxışının sonunda deputatlara və mətbuat nümayəndələrinə

onlara verdiyi dəstəyə görə, təşəkkürünü ifadə edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm