Nida.az
Mübariz Əhmədoğlu: “Ermənilər DNT analizini özləri üçün təhlükə hesab edirlər”
“Ermənistanda itkin düşmüş şəxslər haqqında məlumat
mübadiləsinin davam etdirilməsi mövzusuna qadağa
qoyulub”.
Publika.az xəbər verir ki, bu barədə Siyasi
İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq
Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, prezidentlərin Vyana görüşündən sonra
həmsədrlərin yaydığı bəyanatda əksini tapan məsələlərdən biri
Dağlıq Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər haqqında
məlumat mübadiləsini davam etdirilməsi mövzusudur: “Beynəlxalq
Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşmüş şəxslər haqqında
məlumat mübadiləsinin davam etdirilməsi məsələsi 2014-cü ilin
noyabrında prezidentlərin Paris görüşü zamanı razılaşdırılmışdı.
Parisdən qayıdan kimi Serj Sarkisyan Beynəlxalq Qırmızı Xaç
Komitəsi xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi
mövzusunu inkar etdi. İşğal edilmiş Azərbaycan ərazilərində
Ermənistan ordusu ən böyük hərbi təlimini keçirdi. İtkin düşmüş
şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi 1994-cü
ilə qədər Dağlıq Qarabağ müharibəsi regionunda yaranmış
məzarlıqların müəyyənləşməsi, cəsədlərin eksqumasiya olunması və
DNT analizlərinin aparılması deməkdir. DNT analizləri
məzarlıqlardakı cəsədlərin şəxsiyyətini, o cümlədən milliyyətini
müəyyənləşdirəcək. Ermənilər DNT analizinin nəticələrini özləri
üçün təhlükəli hesab edirlər. Eləcə də məzarlıqların yerlərinin
tapılması üçün Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş
ərazilərdəki yaşayış məskənlərinə yerli Azərbaycan əhalisinin
təmsilçiləri müvəqqəti də olsa qayıtmalıdır. Bir qrup azərbaycanlı
isə həmin ərazilərdə mütəxəssis qismində iştirak etməlidir. Bu da
erməniləri hədsiz qorxudur. Ona görə əsas diqqət həm də itkin
düşənlərin siyahısının dəqiqləşdirilməsinə yönəldilməlidir.
Qarşıdakı bir ay ərzində bu məsələ də öz həllini tapmalıdır”.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!