Nida.az
Almaniya prezidenti İlham Əliyevə məktub göndərdi
Almaniya prezidenti Yoaxim Qauk Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
Publika.az bildirir ki, Almaniya prezidentinin məktubunda deyilir: “Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Qafqazda sabitlik Sizin ölkəniz və həmçinin bütün Avropa üçün çox əhəmiyyətlidir. Mən qəti əminəm ki, sülhün qorunması, regional qarşıdurmaların aradan qaldırılması Azərbaycanın və bütövlükdə regionun inkişafını sürətləndirə bilər. Əmin olun ki, Almaniya yalnız Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının hazırkı sədri qismində deyil, o cümlədən bir ölkə kimi mövcud münaqişələrin həllinə öz töhfəsini verməyə hazırdır. Həmçinin Sizi əmin edirəm ki, demokratiyanın və hüquqi dövlətçiliyin inkişafında Almaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq. Zati-aliləri, mən Sizə uğurlar və Azərbaycan vətəndaşlarına sülh, rifah arzu edirəm”.
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia