Qənirə Paşayeva beynəlxalq təşkilatları tənqid etdi: "Tovuza görə narahatam"
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva beynəlxalq təşkilatları tənqid etdi: "Tovuza görə narahatam"

Millət vəkili Qənirə Paşayeva parlamentdəki çıxışında bəzi beynəlxalq təşkilatları ikili standartların tətbiqində günahlandırdı.

“ATƏT və BMT-nin ikili standartlar yanaşması nə qədər davam edəcəksə, təəssüf ki, bu qurumlardakı insanlara da inam olmayacaq”.

Publika.Az xəbər verir ki, bu barədə deputat Qənirə Paşayeva Milli Məclisin iclasında deyib. Q. Paşayeva Tovuz rayonunda ermənilərin dinc insanları atəşə tutması haqqında danışıb. “Tovuz rayonunda baş verənlərə görə, çox narahat olduq. Amma beynəlxalq təşkilatlar ayrı vaxtlarda Azərbaycanda baş verən bir hadisəyə görə, səslərini başlarına atırdılarsa, nədənsə bu dəfə susurlar.

Buradan səslənib deyirəm ki, ATƏT və BMT-nin Azərbaycandakı baş ofisləri nə üçün Azərbaycana mülki şəxsin yaralanması ilə bağlı heç bir açıqlama vermədilər?

Bunlar niyə cəbhə bölgəsində yaralanan mülki şəxslərə baş çəkmirlər? Bunlar bizi çox narahat edir. Amma eyni zamanda bu qurumlar öz hərəkətləri ilə işə üzlərini ortaya qoyurlar”. Millət vəkili aprelin 4-də keçirilən çıxışı zamanı son 3 gün ərzində düşmənlə üzbüz yerləşən Tovuz rayonunda olduğunu deyib.

Onun sözlərinə görə, nə ATƏT, nə BMT-nin Bakı ofisləri dinc sakinlərin öz evlərində atəşlə üzləşməsinə münasibət bildirmir: “Bu təşkilatların nümayəndələri bir dəfə də yaralı insanlara baş çəkməyib. Beynəlxalq insan haqları təşkilatların da səsi eşidilmir”.

Q.Paşayeva dinc sakinlərin beynəlxalq təşkiulatların istəklərini çatdırıb. Deputat Suriya ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirilməsinə beynəlxalq qurumlarının etiraz etməməsindən də danışıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm