Sarkisyan amerikalı muzdluları Qarabağa gətirir
Bizi izləyin

Nida.az

Sarkisyan amerikalı muzdluları Qarabağa gətirir

Amerikada yaşayan erməni muzdlular döyüşmək üçün Qarabağa gəlir.

Publika.az xəbər verir ki, bu fakt “İntellinews” saytının Azərbaycanın işğal olunmuş ərazilərindən hazırladığı reportajda ortaya çıxıb.

Reportajda bildirilir ki, aprel döyüşlərindən sonra xaricdən bir çox erməni bölgəyə gəlib: “Məsələn, Arutun Aqasarkiyan erməni mənşəli ABŞ vətəndaşıdır. O, Corciya ştatında yaşayır”.

Məqalədə vurğulanır ki, Qarabağa gələnlər arasında Amerika erməni legionunun (American Armenain Legion) üzvləri də var.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mediası ABŞ-dakı erməni legionu haqda informasiyalar yaymışdı. “Sabah” qəzeti Türkiyə kəşfiyyatındakı mənbəyə istinadən xəbər verirdi ki, MİT erməni legionunun təlimlərini əks etdirən fotogörüntülər əldə edib. Onlar Kaliforniya (bu ştat ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir) yaxınlığında yaradılan xüsusi düşərgədə təlim keçirlər.

Bir müddət öncə Rusiyanın “oxitmity” saytının erməni yazarı Vaqram Aqajanyanın qələmə aldığı məqalədə də erməni legionuna dair məlumatlar var idi.

“ABŞ-dakı ermənilərdən təşkil olunan Amerika erməni legionu müxtəlif növ silah növündən atəş açmaq və döyüş sənətinin incəliklərini öyrənmək üçün təlim keçir. Amerika erməni legionunda beş nəfərdən ibarət olan bir neçə qrup var. Onlar ABŞ ordusunun dəniz piyada qoşununun keçmiş zabitlərinin rəhbərliyi altında məxfi hazırlıq keçirlər. Erməni legionunda bir neçə min döyüşçü cəmləşib”, - deyə xəbərdə qeyd olunurdu. (http://publika.az/p/120120). Bu legionda təmsil olunanlar əsas muzdlu əsgərlərdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm