İki prezident İlham Əliyevə məktub göndərdi
Bizi izləyin

Nida.az

İki prezident İlham Əliyevə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyevə 28 may Respublika Günü münasibəti ilə təbrik məktubu gəlməkdə davam edir.

Publika.az xəbər verir ki, növbəti məktublar Belarus və Gürcüstan prezidentlərindən gəlib.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Belarus Azərbaycanın etibarlı dostudur və ikitərəfli strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək.

Əminəm ki, Belarus və Azərbaycan xalqları arasında münasibətlərin potensialının reallaşdırılması qarşılıqlı siyasi və iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlətməyə, iqtisadiyyatlarımızın gələcək inkişafı, beynəlxalq arenada dost ölkələrimizin rolunun artırılmasına xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm”.

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilinin məktubunda bunlar yer alıb:

“Hörmətli cənab Prezident.

Sizi milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu gözəl gündə xatırlamaq xoşdur ki, Azərbaycan xalqı uğurlu və müstəqil dövlət qurmaq yolunda böyük çətinlikləri dəf edib. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bu gün biz Azərbaycanın firavan ölkə olduğunun və beynəlxalq arenada layiqli yer tutduğunun şahidiyik. Strateji əməkdaşlığımızı nəzərə alaraq, əmin olduğumu bildirirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı tarixi dostluq münasibətləri və sıx əməkdaşlıq ölkələrimiz və xalqlarımız naminə birgə səylərimiz nəticəsində gələcəkdə daha da dərinləşəcək.

Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə bir daha öz dərin ehtiramımı ifadə edir və qardaş Azərbaycan xalqına sülh, sabitlik, rifah arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm