İlham Əliyevdən Binəli Yıldırıma təbrik
Bizi izləyin

Nida.az

İlham Əliyevdən Binəli Yıldırıma təbrik

Azərbaycan prezidenti İlham Əliyev Binəli Yıldırımı Türkiyənin baş naziri təyin edilməsi münasibəti ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

“Qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının sədri seçilməyiniz və Türkiyə baş naziri təyin edilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Başçılıq etdiyiniz və təmsilçisi olduğunuz partiyanın hakimiyyətə gəlişindən sonra qardaş Türkiyə güclü inkişaf edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi ilə bu dövrdə Azərbaycan-Türkiyə birliyi, strateji tərəfdaşlığı və müttəfiqliyi daha da möhkəmlənib, inkişaf edib və hazırkı ən yüksək səviyyəsinə çatıb.

İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcək. Başçılıq etdiyiniz 65-ci hökumətin fəaliyyətinin qardaş Türkiyə dövləti və xalqı üçün xeyirli olmasını arzulayır, qarşıdakı məsul işinizdə sizə uğurlar diləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm