Xarici dövlətlərin yük avtomobilləri yol vergisindən azad olunur - QANUN
Bizi izləyin

Nida.az

Xarici dövlətlərin yük avtomobilləri yol vergisindən azad olunur - QANUN

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə Azərbaycanda yol vergisindən azad olunacaq.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər haqında qanunun tətbiqi barədə fərman imzalayıb.

Vergi Məcəlləsinə edilən digər dəyişikliyə görə, dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda, habelə xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda, yol vergisindən azad ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm