Prezidentlərin görüşündə münaqişənin yeni həll yolları müzakirə olunacaq
Bizi izləyin

Nida.az

Prezidentlərin görüşündə münaqişənin yeni həll yolları müzakirə olunacaq

“ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşü iyunun əvvəlində nəzərdə tutulur. Həmsədrlər nazirlərlə ayrılıqda görüşə bilərlər”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Eduard Nalbandyan deyib.

Onun sözlərinə görə, görüşlərdə Vyanada nail olunmuş razılıqların həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi planlaşdırır.

Lakin Nalbandyan Prezident İlham Əliyevlə Serj Sarkisyan arasında keçiriləcək görüş zamanı sənədlərin imzalanmayacağını bildirib.

Onun sözlərinə görə, prezidentlərin görüşü danışıqların növbəti mərhələsində imkan verəcək.

“Vyana razılaşmasında yüksək səviyyəli görüşlərə məhdudiyyət qoyulmayıb. Bu baxımdan, yüksək səviyyəli görüşlərin olması gözləniləndir. Lakin razılaşma haqda danışmaq tezdir. Ortada imzalanacaq heç bir sənəd yoxdur. Danışıqların məqsədi münaqişənin yeni həll yollarının tapılmasıdır”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm