MDB-də sentyabr ayında islahatlar keçiriləcək
Bizi izləyin

Nida.az

MDB-də sentyabr ayında islahatlar keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) orqanlarının islahatı üzrə təkliflər qurumun sentyabr ayında keçiriləcək sammitinə qədər hazır ola bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda MDB-ın icraçı katibi Sergey Lebedev bildirib.

Təkliflər paketi Qazaxıstan tərəfindən irəli sürülüb və qurumun müasir tələblərə uyğun fəaliyyət göstərməsini nəzərdə tutur.

“Bu təkliflər hamımız tərəfindən qiymətləndirilir. Çünki bugünkü günün reallıqları MDB orqanlarının fəaliyyətinə yeniliklərin daxil edilməsini tələb edir”, - MDB-nin iqtisadi şurasının iclasında Lebedev deyib.

Onun sözlərinə görə, MDB-nin iqtisadi şurasının növbəti iclası sentyabrın 9-da Moskvada olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm