Nida.az
“7 rayonun Azərbaycana qaytarılması müzakirə olunur” – rusiyalı politoloq
"Hazırda Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində
Dağlıq Qarabağın statusu və ətraf rayonlar məsələsi olmaqla iki
məsələ müzakirə olunur".
Publika.az xəbər verir ki, bu barədə Rusiyalı
politoloq Sergey Markedanov deyib.
Politoloq münaqişənin həlli ilə bağlı aparılan danışıq
prosesində böyük dəyişiklər gözləmir: "Əgər həmsədrlər haqda
danışsaq, onların hamısı nizama salmanın əsası kimi baza
prinsiplərində təkid edirlər. Bu günlərdə həmsədrləri bəyanatında
da ərazi bütövlüyünü bərpası, öz müqəddəratını təyin etmə və gücün
tətbiq edilməməsi prinsipləri səsləndirildi. Tərəflər arasında
qarşıdurmanın artması təhlükəlidir. Vyana görüşü ilə münaqişəni
diplomati relsə qaytarmaq cəhdi oldu. Amma mən bu prosesə o qədər
də ümid etmirəm".
Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun münaqişənin
müəyyən mərhələdə danışıqlar masasına qayıtması haqda fikirlərinə
münasibət bildirən Markedanov qeyd edib ki, yenilənmiş "Madrid
prinsipləri"nin sonuncu bəndi məhz bu haqdadır.
"Bu bənd Qarabağın statusunun referendumla müəyyən edilməsindən
bəhs edir. Amma problem odur ki, həmsədrlər və onların təmsil
etdiyi ölkələr bunu Azərbaycansız həll edə bilməzlər. Çünki
Azərbaycan Konstitusiyasına əsasən, referendum ölkənin müəyyən
ərazisində keçirilə bilməz. Bu baxımdan, bu məsələni həll etmək
çətindir. Amma Qarabağın statusunun təyin edilməsi nizama salmanın
ən əhəmiyyətli prinsipi olacaq. Hazırda iki məsələ müzakirə olunur:
Dağlıq Qarabağın statusu və onun ətrafındakı rayonların
Azərbaycanın nəzarəti altına qaytarılması".
Asif
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...