İtaliyalı iş adamlarına Azərbaycanın iqtisadi inkişafı barədə məlumat verildi
Bizi izləyin

Nida.az

İtaliyalı iş adamlarına Azərbaycanın iqtisadi inkişafı barədə məlumat verildi

Azərbaycanin İtaliyadakı səfiri Məmməd Əhmədzadə italiyalı senator Canluka Kastaldonun dəvəti ilə onun seçildiyi Abrutso regionunun Vasto şəhərinə səfər edib.

Səfirlikdən Publika.az-a verilən məluimata görə, səfər çərçivəsində M.Əhmədzadə şəhərin meri Luçiano Antonio Lapenna ilə görüşüb, burada fəaliyyət göstərən əsas sənaye obyektlərinə baş çəkib, habelə Kieti əyalətinin Sənayeçilər Konfederasiyasının bölgənin iş adamları üçün təşkil etdiyi seminarda çıxış edib. Çıxışında M.Əhmədzadə Azərbaycanın iqtisadiyyatı, bu sahədə son dövrlərdə əldə edilmiş nailiyyətlər, İtaliya-Azərbaycan iqtisadi əməkdaşlığının hazırkı durumu və perspektivləri barədə məlumat verib.

Səfər vaxtı M.Əhmədzadə yerli KİV-lərə müsahibələr verib. Azərbaycan diplomatının bölgəyə səfəri yerli KİV-də geniş işıqlandırılıb.

Dərc olunmuş məlumatlarla aşağıdakı linklərdə tanış ola bilərsiniz:

http://ilcentro.gelocal.it/chieti/cronaca/2016/05/21/news/accordi-commerciali-l-azerbaijan-mette-gli-occhi-sul-vastese-1.13517621

https://www.youtube.com/watch?v=pdxQGBYDpgs

http://video.zonalocale.it/visita-a-vasto-dell-ambasciatore-dell-azerbaijan/1556?tk=img

http://www.zonalocale.it/2016/05/21/l-azerbaijan-apre-alle-aziende-vastesi-13-giugno-incontro-a-roma/20713?e=vasto

http://www.histonium.net/notizie/attualita/38966/lambasciatore-dellazerbaijan-a-caccia-di-opportunita-nel-territorio-del-vastese

Oxumağa davam et
Reklam
Reklam

Gündəm