Uorlik Nalbandyanla Qarabağı müzakirə etdi
Bizi izləyin

Nida.az

Uorlik Nalbandyanla Qarabağı müzakirə etdi

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə C. Uorlik "Twitter" səhifəsində yazıb.

O, erməni nazirlə Vyana sammitinin qərarlarının həyata keçirilməsini müzakirə etdiklərini qeyd edib.

"Ermənistan xarici işlər naziri ilə ATƏT-in araşdırma mexanizminin yaradılması təklifi də daxil olmaqla, Vyana sammiti qərarlarının həyata keçirilməsi ilə bağlı əla müzakirələrimiz oldu", - deyə amerikalı həmsədr bildirib.

Qeyd edək ki, amerikalı həmsədr və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında mayın 31-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılmışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm