Fond prezidenti: “Azərbaycanın diaspor təşkilatları həmin ölkələrdə…”
Bizi izləyin

Nida.az

Fond prezidenti: “Azərbaycanın diaspor təşkilatları həmin ölkələrdə…”

"Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi çox önəmlidir. Burada diaspor təşkilatlarının işinin təkmilləşdirilməsi, mövcud problemlərin həlli istiqamətində yeni təkliflər, ideyalar səsləndirilir".

Publika.az xəbər verir ki, bu fikirləri Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun prezidenti Mirkazım Seyidov dilə gətirib.

O deyib ki, Dünya Azərbaycanlılarının IV qurultayında da yeni fikirlər səsləndiriləcək, səmərəli təkliflərin irəli sürüləcək: "Bu gün dünyada qloballaşma prosesi gedir. Bu prosesdən istifadə edən bəzi qərəzli dairələr haqsızlıqlar edirlər. Xalqlar münaqişələrə cəlb olunur, ikili standartlara yol verilir, insan hüquqları pozulur. Belə bir şəraitdə ədalətsizlikləri aradan qaldırmaq üçün birlik daha da möhkəmləndirilməlidir. Diaspor təşkilatları zamanın tələbinə uyğun olaraq vahid mərkəzdən idarə edilən KİV-lərə malik olmalıdır ki, haqsızlıqlara qarşı vaxtında və mütəşəkkil şəkildə mübarizə apara bilsinlər. Bunu yaşadığımız dövr tələb edir".

M.Seyidov qeyd edib ki, Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə siyasi qüvvəyə çevrilməli, aktivliyini daha da artırmalıdır: "Onlar yerli kütləvi informasiya vasitələri ilə sıx əlaqələr qurmalı, ictimai-siyasi həyatda daha çox fəallıq göstərməlidirlər. Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev belə bir fikir söyləmişdi ki, azərbaycanlı hər bir yerdə yaşaya bilər, ancaq o, özünün dinini, dilini və mədəniyyətini unutmamalıdır. Onun qəlbi daim Azərbaycanla döyünməlidir. Bu, əslində dünya azərbaycanlılarını bir yerə yığmaq üçün bir çağırış idi. Bu gün ulu öndərin bu sözlərinə sədaqət nümayiş etdirilərək dünya azərbaycanlılarının qurultayları keçirilir. Bu qurultaylarla dünya azərbaycanlıları öz birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm