Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri başa çatdı
Bizi izləyin

Nida.az

Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri başa çatdı

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 4-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm