Rusiyanın yeni siyasəti azərbaycanlıları "vuracaq" -Təhlil
Bizi izləyin

Nida.az

Rusiyanın yeni siyasəti azərbaycanlıları "vuracaq" -Təhlil

Cənubi Qafqaz və Orta Asiya ölkələrinə qarşı sərt məhdudiyyətlərin tətbiq edilməsinin tərəfdarları Azərbaycanın adını əlahiddə mənfi şəkildə hallandırır

Cənubi Qafqaz və Orta Asiya ölkələrinə qarşı sərt məhdudiyyətlərin tətbiq edilməsinin tərəfdarları Azərbaycanın adını əlahiddə mənfi şəkildə hallandırır

Rusiyaya özünün miqrasiya siyasətində köklü dəyişikliklər etmək lazımdır ki, ölkə ərazisinə yalnız Rusiyaya mədəni cəhətdən yaxın olan ölkələrdən peşəkar miqrantların gəlməsi təmin edilsin və,əksinə, Cənubi Qafqaz və Orta Asiyadan gələnlərin sərt şəkildə qarşısı alınsın. Bunun zərurəti 5 səbəblə əsaslandırılır.

İnterAz-ın verdiyi xəbərə görə, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” qəzeti ekspert rəylərini toplayaraq yuxarıda qeyd olunmuş mülahizəni 5 səbəblə əsaslandırır.

Nəşrin bildirdiyinə görə, birinci səbəb ondadır ki, Orta Asiya ölkələri Rusiyanı yüksək səviyyəli işçi qüvvə ilə təmin edə bilməz. Bu ölkələr Sovet dövründə arxaik zamanlardan çıxıb, lakin SSRİ süqut etdikdən sonra onlar inkişaf edə bilməyib yenidən arxaik dövrə tez bir zamanda qayıdıblar.

Rusiyalı təhlilçilərinin göstərdiyi ikinci səbəb ondan ibarətdir ki, Mərkəzi Asiya ölkələri Əfqanıstandan olan narkodillerlərin tranzit kimi istifadə etdiyi regiondur: məhz MDB-nin 5 Orta Asiya ölkələri ərazisindən Əfqanıstandan Rusiyaya gətirilən narkotik maddələrin 25% daxil olur. Bunu mümkün edən hal Tacikistanla Əfqanıstanın arasındakı dövlət sərhədinin faktiki olaraq mövcud olmamasıdır. Belə durum isə sərhədi mühafizə edən rusiyalı hərbçilərin 2005-ci ildə Tacikistanı tərk etməsindən sonra yaranıb. Hal-hazırda isə Tacikistan vətəndaşlarına sərbəst gediş-gəliş haqqı verən Rusiyanın Əfqanıstanla heç bir sərhədi yoxdur.

Üçüncü səbəb. Təhlilin əvvəlində Cənubi Qafqaz ölkələrindən ümumi danışılsa da, məhz bu səbəbin açıqlanmasında Azərbaycanın adı əlahiddə mənfi şəkildə hallandırılır. “Cənubi Qafqaz ölkələri” dedikdə Ermənistan və Gürcüstanın adları heç bir yerdə hallanmasa da, Azərbaycanın adı ayrıca göstərilərək Orta Asiyadan olan miqrasiya müstəvisində mənfi mənada təqdim olunur. Nəşrin yazdığına görə, “Rusiyanın Azərbaycan və Orta Asiya ölkələri ilə dərin mədəni fərqlərin olması səbəbindən bu ölkələrdən irimiqyaslı kiqrasiya Rusiya ərazisində etno-mədəni anklavların yaranmasına gətirib çıxarır. Bu isə öz növbəsində miqrantlarda yerli cəmiyyətə inteqrasiya olmaq stimulunun azalması və ya olmaması ilə nəticələnir. Anklavların yaranmasının isə nəyə gətirib çıxara biləcəyi Moskvanın Qərbi Biryulevo rayonunun misalı əyani şəkildə göstərir: burada de-fakto Azərbaycan gettosu yarandığından həmin rayon kəskin millətlərarası münaqişələrin baş verdiyi yerə çevrilib”.

Dördüncü səbəb. Orta Asiya ölkələrindən Rusiyaya gələn qastarbayterlərlə yanaşı onların ailələri də gəlir. Bunun nəticəsidir ki, miqrantların övladlarının Rusiya ümumtəhsil ocaqlarına ciddi axını müşahidə olunur. Məsələn, Moskvada miqrant ailələrindən olan uşaqlar şagirdlərin ümumi sayının artıq 10 faizini təşkil edir. Rus dilini bilmədiklərindən bu uşaqlar bir çox hallarda məktəb proqramının mənimsənilməsində böyük çətinliklərlə rastlaşırlar. “Bundan əlavə, Orta Asiyanın kişlaklarında tərbiyyə almış uşaqlar başqa məişət mədəniyyətinin daşıyıcılarıdırlar və belə bir durum siniflərdəki vəziyyətə mənfi təsir edir”, - deyə məqalə müəllifi bildirir.

Beşinci səbəb. Orta Asiya ölkələrindən olan miqrantların axını Rusiya səhiyyə sistemi üçün ağır bir yükə çevrilib. Rusiya qanunlarına görə, təcili tibbi yardım xidməti istənilən pasientin xidmətində durmalıdır – onun tibbi sığortasının olub-olmamasına baxmayaraq. Nəticədə Moskva vilayətində təcili tibbi yardıma müraciət edənlərin yarısı qastarbayterlərdir ki, onlara yardım göstərməyə gedən həkimlər bir qəpik belə almırlar, halbuki “03” xidmətinin əməkdaşlarının maaşları birbaşa olaraq xidmət göstərdikləri və mütləq şəkildə sığortası olan insanların sayından asılıdır. Bu sahədə mövcud olan digər ciddi bir problem Asiya ölkələrindən olan qadınlardır ki, dünyaya uşaq gətirmək üçün məqsədyönlü şəkildə Moskvaya gəlirlər.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Rusiyanın maliyyə nazirliyi 2016-cı ildən “ana kapitalının” verilməsini dayandıracaq, çünki miqrant ailələrindən olan çoxuşaqlı ailələrə verilən vəsaitin həcmi get-gedə artmaqdadır. Onu da xatırladaq ki, cari ilin fevralında Rusiya hökuməti miqrantları işlə təmin edənlər özləri əmək miqrantlarını yaşayış yeri və tibbi yardımla təmin etsinlər. Eyni zamanda Dövlət Dumasına təqdim olunan qanunvericilik layihəsinə görə, Rusiyaya vizasız (yəni, postsovet ölkələrindən) gələn miqrantların işə götürülməsi ciddi şəkildə çətinləşdiriləcək və bunun yerinə yetirilməsi üçün lazım olan tələblər sərtləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm