Qənirə Paşayeva gəncləri Almaniya parlamentinə etiraza çağırıb - FOTO
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva gəncləri Almaniya parlamentinə etiraza çağırıb - FOTO

Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakultəsinin məzuniyyət törənində çıxış edən millət vəkili Q.Paşayeva Azərbaycandan və Türkiyədən olan gənclər qarşısında çıxşında Almaniya Parlamentində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən qərardan da danışıb.

Bu qərarın arxasında dayanan məqsədlər barədə geniş çıxış edən millət vəkili Q. Paşayeva sənədə səs vermiş Almaniya Parlamentinin üzvü olan, Türk kökənli olduğu deyilən millət vəkillərindən də danışıb:" Onların bir çoxu Türk millətinin övladı deyil sadəcə bu kimlik altında gizlənib və Türk millətini arxadan vurmaqla məşğuldurlar. Bəziləri isə Türk millətindən olduğunu deyə bilər amma dədələrimizə qarşı yalanları, iftiraları dəstəkləyənlər bizim millətdən ola bilməz və belələrinə qarşı bütün millətimizin gəncliyi özünün ciddi etirazlarını ortaya qoymalı və həmin şəxslərə bunu çatdırmalıdırlar.

Ümid edirəm ki Almaniyada yaşayan Türklər bundan sonra bu cür insanlara onların üzərindən,onların səsi ilə siyasət meydanında görünməyə imkan verməyəcək. Gənclərimizin sosial media üzərindən aktiv olaraq Alman millət vəkillərinə bu qərarın qəbulu ilə nə qədər böyük yanlışlığa,səhvə yol verdiklərini söyləməsi çox vacibdir. Eyni zamanda Almaniya Parlamentində bu qərarın əlehinə səs vermiş tək millət vəkili xanım Bettina Kudlaya da ədalətli mövqeyindən dolayı təşəkkür göndərmək gənclərimiz tərəfindən müsbət addım olardı. Almaniya millət vəkillərinə müraciətdə özəlliklə vurğulanmalıdır ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın neytral, obyektiv mövqe sərgiləyəcəyinə də böyük zərbə oldu"

Gəncləri ortaq tariximizi yaxşı öyrənməyə çağıran millət vəkili Q.Paşayeva bölgədə oynanan böyük oyunlardan da danışıb və bildirib ki, millətimizə və iki qardaş dövlətimizə qarşı olan ədalətsizliklərə mübarizədə ən önəmlisi birlik və bərabərlik içində daha da çox çalışmaqdır. "Hər bir gəncimiz hansı peşənin sahibi olmasından asılı olmayaraq eyni zamanda bu millətin evladıdır. Ona görə də milli məsələlərdə hər zaman fəal olmalısınız. Qarabağ həqiqətlərinin daha da geniş yayılmasında, erməni yalanlarına qarşı mübarizədə təhsilli, savadlı gəcnlərimizin üzərinə böyük vəzifələr düşür. Və biz inanırıq ki, siz bu istiqamətdə çox çalışacaqsıznız" .

Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakultəsinin açılmasında Azərbaycan dövləti ilə bərabər Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı rəhmətlik Turan Yazqanın böyük əməyindən də danışan millət vəkili fakultənin yüksək səviyyədə təhsil verməsindən və millətimiz üçün gözəl kardlar hazırlamasından məmuniyyətini də dilə gətirib və müəllimlərə təşəkkürünü bildirib. Məzun olan tələbələri təbrik edən millət vəkili Q.Paşayeva onlara uğurlar diləyib.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm