İrəvandan Bakıya qaçmış Martirosyan ailəsi ermənilərin hədəfində - TƏQİB
Bizi izləyin

Nida.az

İrəvandan Bakıya qaçmış Martirosyan ailəsi ermənilərin hədəfində - TƏQİB

Ermənistan ötən il ölkəsində məruz qaldığı təzyiqlərə görə Bakıya qaçan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyanı həbs etmək istəyir.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, artıq hüquqşünas Araras Karaqezyan bu barədə təkliflə çıxış edib.

Erməni hüquqşünas hesab edirik, hökumət üçüncü ölkəyə getmiş Martirosyanı indiyə qədər beynəlxalq axtarışa verməli idi: "Əgər Martirosyanın ölkə daxilində dəstəkçiləri olmasaydı, o Azərbaycana qaça bilməz, oradan da üçüncü ölkəyə keçə bilməzdi".

Erməni hüquqşünas dünyadakı ermənilərin də V. Martirosyanın tapılmasına və cəzalandırılmasına kömək edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı" təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb. O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar ötən il Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib. Daha sonra üçüncü ölkəyə köçüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm