Məzahir Pənahov: “Hakimiyyətin təsadüfi adamların əlinə keçməməsi üçün...”
Bizi izləyin

Nida.az

Məzahir Pənahov: “Hakimiyyətin təsadüfi adamların əlinə keçməməsi üçün...”

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının birgə təşkilatçılığı ilə, Avropa Şurası və Avropa İttifaqının həyata keçirdiyi "Azərbaycanda korrpusiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması" layihəsi çərçivəsində "Siyasi partiyaların maliyyələşdirilməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi" mövzusunda seminar işə başlayıb.

Publika.az xəbər verir ki, seminar siyasi partiyaların maliyyələşdirilməsində şəffaflığın artırılması üçün mühüm əhəmiyyət kəsb edən maliyyə hesabatları ilə bağlı fəaliyyətin daha da təkmilləşdirilməsinə və bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələrin səmərəliliyinin artırılmasına hədəflənib.

Tədbirdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, bir qrup siyasi partiy rəhbərləri və funksionerləri iştirak edir.

MSK sədri M.Pənahov sözügedən tədbirin böyük əhəmiyyət kəsb etdiyini söyləyib: "Yaxın keçmişdə biz partiya deyəndə, yalnız bir partiya tanıyırdıq. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra çoxpartiyalıq sistemi yarandı. Ədliyyə Nazirliyinin məlumatına əsasən, hazırda Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatından keçib. Biz buna normal yanaşırıq. Çünki Azərbaycan demokratik ölkədir və Qərb cəmiyyətinə inteqrasiya edir. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalara da uğurlar arzu edirəm. Sevindirici hal odur ki, siyasi partiyalarla qarşılıqlı təmasda olan dövlət qurumlar arasında MSK ön sıralarda dayanır. Biz siyasi partiyalarla əməkdaşlıqda maraqlıyıq".

M.Pənahov deyib ki, ümumiyyətlə, demokratik cəmiyyətlərdə, Qərb svilizasiyasında seçkilərin və siyasi partiyaların rolu böyükdür: "Məhz bu baxımdan da siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır.Azərbaycan Qərb svilizasiyalarına inteqrasiya edən ölkələrdən biridir. Ona görə də biz siyasi partiyaların şəffaf fəaliyyətinə böyük önəm veririk".

MSK sədri qeyd edib ki, siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparırlar: "Siyasi partiyalar xalqın marağından çıxış etməlidir və şəffa olmalıdır ki, hakimiyyət təsadüfi adamların əlinə keçməsin".

Hazırda tədbir çıxışlarla davam edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm