Əliyevin sözlərindən sınan Sarkisyan - “Biz məğlubiyyətə məhkumuq”
Bizi izləyin

Nida.az

Əliyevin sözlərindən sınan Sarkisyan - “Biz məğlubiyyətə məhkumuq”

Azərbaycan Prezidenti İlham Əliyevin "mən bir cümlədə dörd yalan danışan prezident görməmişdim" açıqlaması Ermənistan prezidenti Serj Sarkisyanı pərt edib.

Publika.az xəbər verir ki, Sarkisyan dünən İrəvanda səfərdə olan Çexiya prezidenti Miloş Zemanla görüşündə buna cavab verməyə çalışsa da, daha çox özünün pərtliyini büruzə verib.

Ermənistan ictimaiyyətinin özündə də Sarkisyanın cavabı ciddi qəbul edilməyib və onun "cəsarətsiz prezident" olduğu haqda fikirlər səsləndirilib.

"Əgər bizim ordumuz 800 hektar ərazini tutsaydı, o zaman Sarkisyan "ura" deyərək, cəmiyyəti ayağa qaldırmışdı. Halbuki, Azərbaycan tərəfi 2000 hektar ərazini azad etdiyini açıqlayır. Sarkisyan isə heç nə olmamış kimi 800 hektar ərazinin itirildiyini deyir və bunu mənasız iş adlandırır. O, qarşı tərəfə cavabda da cəsarətsiz davranır. Bizə isə boş vədlərdən danışır, eləcə də alınan ərazilərin mənasız olduğunu deyir. Bütün bu sözlər isə heç nəyi geri qaytarmır. Məğlubiyyətin əsas səbəbi olan ordudakı korrupsiyanı aradan qaldırmaq əvəzinə, daha da artır", - deyə "armanianreport" saytında Sarkisyanın cəsarətsizliyindən bəhs edən məqalədə qeyd olunur.

Məqalənin müəllifi K. Ambartsum bildirir ki, Ermənistan yeni məğlubiyyətlərə məhkumdur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm