Ermənistana keçən qadın Azərbaycana verildi
Bizi izləyin

Nida.az

Ermənistana keçən qadın Azərbaycana verildi

İyunun 7-də Ermənistan tərəfə keçən mülki vətəndaşımız Azərbaycana qaytarılıb.

Publika.az-ın Beynəlxalq Qızıl Xaç Komitəsinə istinadən məlumatına görə, Gədəbəy sakini Qətibə Ələkbərova bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunub.

O, Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib.

Qadın Azərbaycana geri qaytarılmazdan əvvəl BQXK nümayəndələri rəftar və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm