“Qarabağa getmək istəmirik” – Sarkisyanın iqamətgahı qarşısında ETİRAZ - VİDEO
Bizi izləyin

Nida.az

“Qarabağa getmək istəmirik” – Sarkisyanın iqamətgahı qarşısında ETİRAZ - VİDEO

Ermənistanda valideynlər övladlarının Qarabağa hərbi xidmətə aparılmasına etiraz edir.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, 2013-cü ildə Qarabağda ölən Arman Muradyanın atası Ovsep Muradyan Sarkisyanın iqamətgahı önündə etiraz aksiyası keçirib.

"Ermənistan hakimiyyəti bütün dünyada car çəkir ki, Qarabağ ayrı dövlətdir. Onların işinə qarışmaq hüquqi yoxdur. Amma bizim övladlarımız Qarabağa hərbi xidmətə aparılır. Hakimiyyət həm bizi, həm də dünyanı aldadır", - deyən O.Muradyan rəsmi İrəvanın beynəlxalq birlik qarşısında həmişə danışdığı yalanı bir daha ifşa edib.

"Epress" saytı yazır ki, 2013-cü ildə Qarabağda hərbi xidmət keçən A. Muradyan qeyri-döyüş şəraitində həlak olub. Onun atası O.Muradyan və anası Valeri Muradyan Serj Sarkisyanın iqamətgahı önündə əllərində övladlarının portreti ilə nümayiş keçiriblər. Onlar övladlarının ölümünün üstünün açılmamsından şikayət edirlər. Lakin polis valideynləri prezidentin iqamətgahı önündən uzaqlaşdırıb.

Serj Sarkisyan etiraz edən valideynlərin qarşısına çıxmayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm