Nida.az
“Ölümsüz gəlin”: kürdlər yeni dövlət qurur
PKK-nın Suriya qolu olan PYD ABŞ-ın dəstəyi ilə Suriyada
muxtariyyət elan etməyə hazırlaşır.
Publika.az "Yeni Şafak" qəzetinə istinadən
xəbər verir ki, hazırda PYD-nin Münbiç şəhərinə hücumları davam
edir: "ABŞ şəhər hücum edən dəstənin ərəblərdən ibarət olduğunu
desə də, PYD-nin liderlərindən olan Mahmut er-Reş əməliyyata
rəhbərlik edir. Hazırda PYD-nin şəhərin mərkəzinə çatmasına 1,5
kilometr qalıb".
Qəzet yazır ki, PYD Münbiç şəhərinin adını artıq dəyişdirir:
"Şəhərin adını kürd dilində "ölümsüz gəlin" mənasını verən Mabuk
qoyub. Ələ keçirdiyi bölgələrdə PYD demoqrafik dəyişiklik edərək,
etnik təmizləmə ilə məşğuldur".
Münbiç şəhərinin bələdiyyəsi Münzir Əbu Sellel deyib ki, PYD Əbu
Emced adlı Əsəd tərəfdarını şəhərə rəhbər təyin edib: "Artıq Münbiç
Xalq Məclisi adında idarəetmə orqanı düzəldiblər. Tel Abyad
hadisələrinin burada da davam edəcəyi görünür. Yerli əhalinin
evlərini əlindən alacaqlar və bölgə Kürdüstan layihəsinə daxil
ediləcək".
Onun sözlərinə görə, şəhər əhalisinin cəmi 3 faizi
kürdlərdir.
"Amma PYD əsas əhali olan ərəbləri köçürərək, kürdləri
yerləşdirəcək", - deyə o bildirib.
Asif
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər