Nida.az
BDU-da Milli Qurtuluş Günü qeyd edilib
Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.
Publika.az xəbər verir ki, universitetin müəllim-tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün qeyd edilməsinin əhəmiyyətindən bəhs edib. Rektor ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlanmasından, həmin dönəmdə ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edərək müstəqilliyi təmin etməsindən bəhs edib.
Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, xalqın şüurunda Heydər Əliyev təkcə 70-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər və 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalıları ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdilər. Arif Rəhimzadə onu da bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ilk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu.
Çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov ulu öndərin tarixi xidmətlərindən, dövlətçilik və azərbaycançılıq ideyasından danışıb. Bildirib ki, Heydər Əliyevin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı.
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial23 Aprel 21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat23 Aprel 19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO