Azərbaycan və Ermənistan prezidentlərinin görüş tarixi açıqlandı – RƏSMİ(YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Azərbaycan və Ermənistan prezidentlərinin görüş tarixi açıqlandı – RƏSMİ(YENİLƏNİB)

Rusiya prezidenti Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla ayrı-ayrılıqda görüşlər keçirəcək.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, daha sonra prezidentlər arasında üçtərəfli görüş keçiriləcək.

"İyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Rusiya, Ermənistan və Azərbaycanlı prezidentlərinin üçtərəfli danışıqları planlaşdırılır. Güman edilir ki, Putin əvvəlcə ayrı-ayrılıqda Əliyev və Sarkisyanla görüşəcək və sonra isə üç prezident birlikdə danışıqlar aparacaq", - Uşakov deyib.

***

16:52

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşünün vaxtı məlum olub.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, prezidentlər iyunun 26-da Sankt-Peterbuqrda görüşəcəklər.

Görüş İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyan formatında keçiriləcək.

Görüşdə Vyanada nail olunmuş razılıqların həyata keçirilməsi imkanları, atəşkəsin pozulması mexanizmlərinin quraşdırılması və Minsk qrupunun monitorinq imkanlarının artırılması müzakirə olunacaq.

Ömər Dağlı

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm