Əli Həsənov: “Bunlar uğurlarımızın beynəlxalq aləmdə qəbul olunması deməkdir”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Bunlar uğurlarımızın beynəlxalq aləmdə qəbul olunması deməkdir”

"Azərbaycanda dövlət müstəqilliyinin ilk illəri insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşahidə olunurdu. Ermənistan ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edirdi və havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etmişdi. Bununla da 1 milyondan çox insan öz yurd-yuvasından didərgin salınmışdı. Təəssüf ki, insan hüquqlarının qorunmasını əlində bayraq edən bir sıra beynəlxalq təşkilatlar və dövlətlər milyondan çox vətəndaşın hüquqlarının ən kobud şəkildə pozulmasına bir qiymət vermirlər".

Publika.az xəbər verir ki, bu fikirləri bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin "18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü" ilə əlaqədar parlamentdə təşkil etdiyi dinləmələr zamanı "İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir" mövzusunda çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətimizin ali məqsədidir: "Müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının yerinə yetirilməsi deyil, həm də hüquq və azadlıqlarının etibarlı təminatı üçün imkandır".

İyunun 17-29-u tarixlərində Bakıda keçiriləcək "Formula-1 Avropa Qran Prisi"nin əhəmiyyətinə də toxunan Ə.Həsənov qeyd edib ki, "Bakı 2015" Avropa Oyunlarından sonra "Formula-1" kimi mötəbər bir yarışa ev sahibliyi edilməsi işinin Azərbaycana həvalə edilməsi ölkəmizin siyasi, sosial, mədəni və digər sahələrdə əldə etdiyi uğurların beynəlxalq aləm tərəfindən qəbul olunmasının göstəricisidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm