Uorlik prezidentlərin görüşündə iştirak edəcək
Bizi izləyin

Nida.az

Uorlik prezidentlərin görüşündə iştirak edəcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçiriləcək görüşündə iştirak edəcək.

Bu barədə APA-ya C. Uorlik bildirib.

Amerikalı həmsədr qeyd edib ki, prezidentlərin 16 may tarixli Vyana görüşünün nəticələrini davam etdirəcəklərinə ümid edirlər.

"Mən bu görüşdə iştirakı səbirsizliklə gözləyirəm. Biz ümid xüsusilə edirik ki, tərəflər ATƏT-in araşdırma mexanizminin həyata keçirilməsi üzrə razılaşmanı yekunlaşdıracaq, hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa edəcəklər", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan iyunun 20-də Sankt-Peterburqda görüşəcəklər. V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə əvvəlcə ayrılıqda görüşəcək, daha sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm