Ermənistan Sankt-Peterburq görüşünün nəticələrindən razı qalıb
Bizi izləyin

Nida.az

Ermənistan Sankt-Peterburq görüşünün nəticələrindən razı qalıb

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, o bu barədə Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.

"Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi" - , deyə E.Nalbəndyan bildirib.

O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb: "Bütün proseslərATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm