Njde və Sarkisyan: iki cəllad və dəyişməyən mahiyyət
Bizi izləyin

Nida.az

Njde və Sarkisyan: iki cəllad və dəyişməyən mahiyyət

İrəvanda nasist rejiminin xidmətçisi, Hitlerin dostu olmuş Qarigen Njdeyə abidə qoyulması Ermənistan hakimiyyətinin əsil üzünü göstərdi. Minlərlə insanın qatilinin "şərəfinə" ucaldılan abidənin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın iştirak etməsi isə hər şeyi bir daha ortaya çıxardı.

Ermənistan hakimiyyətinin bu addımı faşizmi və nasizmi qəbul etməyən beynəlxalq ictimaiyyət, həmçinin, İrəvanın özünə müttəfiq hesab etdiyi Rusiya tərəfindən ciddi tənqidlə qarşılandı. Bəyan edildi ki, Ermənistanın faşizmin, eləcə də Üçüncü Reyxin qulluqçusunu "şərəfləndirməsi", qaniçən rejimin əlaltılarını qəhrəmanlaşdırması qəbuledilməzdir. Ermənilərin qəhrəmanlaşdırdıqları general Njde Vermaxtın cəza legionunun yaradıcısı olub.

Cəza legionu: dünyanın ən dəhşətli səhifələrini yazmış bu legionun yaradıcılarından biri Njde, yəni bir erməni idi. Serj Sarkisyanın onun abidəsinin açılışını etməsi ermənilərin Xocalıda törətdikləri soyqırımı, həmçinin, Sarkisyanın "Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdü" sözlərini yada salır. Njde və Sarkisyan - zaman kəsimi fərqli olsa da, mahiyyət dəyişməyib.

Njdenin abidəsinin açılış tarixinin faşizm üzərində qələbənin 71-ci ildönümündən bir neçə gün sonraya təsadüf etməsi diqqətdən yayınmır. Sarkisyanın bu mərasimdə iştirakı isə ermənilərin dövlət səviyyəsində nasizm siyasəti yürütdüyünü sübut edir. Bütün bunlar Azərbaycan torpaqlarının işğalda saxlanılması siyasətinin də nasizm ideologiyasına söykəndiyi fikrini gücləndirir.

Njde və onun legionu Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törədib. Tarixi məlumatlara görə, bu legion təkcə Krımda 20 min insanı məhv edib. 1948-ci ildə Njde hərbi cinayətkar qismində həbs edilərək, 25 il həbs cəzası alıb və 1957-ci ildə "Vladimirskiy sentral" həbsxanasında ölüb. Erməni nasist indiyə qədər bəraət almayıb. Maraqlıdır ki, kütləvi qətllər törədən erməni nasistin "şərəfinə" abidə ucaldan Ermənistan hakimiyyətində təmsil olunanların da keçmişi təmiz deyil. Axı prezident Serj Sarkisyan başda olmaqla erməni rejimində təmsil olunanların əksəriyyəti Azərbaycan torpaqlarının işğalında, azərbaycanlılara qarşı qəddarlıqla törədilən qətliamlarda birbaşa iştirakçı olub. İndi Xocalıda nasizm üslubu ilə soyqırımı törədən Sarkisyan yəhudi soyqırımını həyata keçirənlərdən birinə - Njdeyə abidə ucaldır. Bu təsadüfdürmü?

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm