• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

İlham Əliyev: "Azərbaycanda bütün məsələlər düşünülmüş siyasət əsasında öz həllini tapır"

  • Nida.az
  • 21 İyun 2016 18:41
  • 692 Baxış
İlham Əliyev: "Azərbaycanda bütün məsələlər düşünülmüş siyasət əsasında öz həllini tapır"

Azərbaycanda bütün məsələlər düşünülmüş siyasət əsasında öz həllini tapır.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsində sakinlərlə görüşündə deyib.

İlham Əliyev qeyd edib: "Əsas məsələ ondan ibarətdir ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin, insanlar özlərini rahat hiss etsinlər, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın və beləliklə, biz gələcəyə daha da inamla baxaq, öz taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Bu bizim ən böyük sərvətimizdir. 25 ildir ki müstəqil həyat yaşayırıq və ən gənc müstəqillik dövründə Azərbaycan xalqı artıq böyük nailiyyətlər əldə edib. Əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq, Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini, demək olar, lazımi səviyyədə Azərbaycan xalqı görməyib. 19-cu əsrdə Azərbaycan dünya neftinin yarısını hasil edirdi. 20-ci əsrin əvvəllərində, ortalarında Sovet İttifaqı miqyasında xüsusi yer tuturdu. Sovet İttifaqı dağılanda dağılmış sənaye və bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu".

Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün biz öz taleyimizin sahibiyik. Hər bir Azərbaycan vətəndaşı bunu qiymətləndirməlidir. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu müstəqilliyi daha da möhkəmləndirsin, müstəqilliyin əleyhinə heç bir addım atmasın: "Bu gün bütünlükdə cəmiyyətdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur"

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR