Nida.az
Papa erməniləri Məsihin kölgəsinə toplayır - TƏHLİL
"Sizdən mənə dua etməyinizi xahiş edirəm. Çünki mən bir neçə gün sonra Şərqə - Ermənistana zəvvarlığa yola düşürəm". Roma Papası Fransisk ötən həftə hər kəsdən Ermənistan səfəri üçün ona dua etməyi xahiş etdi.
Sabah - iyunun 24-də Roma Papası Ermənistana gedəcək. Maraqlıdır
ki, daha öncə Papanın Cənubi Qafqazın hər üç ölkəsinə -
Azərbaycana, Gürcüstana, daha sonra Ermənistana səfəri nəzərdə
tutulurdu. Lakin səfərin proqramı dəyişdirildi və Azərbaycanla
Gürcüstan səfəri bu ilin sentyabr ayına qədər təxirə salındı.
Ermənistanın adı isə proqramdan silinmədi. Bu, Papanın səfəri
proqramında diqqət çəkən ilk məqamdır.
Təbii ki, Roma Papasını öz xanədanın tərk etməsinin mühüm səbəbləri
olmamış deyil və burada ehtimallar açıq görünür:
a) Papanın Ermənistan səfərini ləğv etməməsi, daha
dəqiq desək, xüsusi münasibət sərgiləyərək, İrəvana ayrıca səfər
etməsinin arxasında şəxsi məsələ dayanır. O, Papa seçiləndən sonra
1915-ci ildə hadisələri ilə bağlı "soyqırımı" sözünə leksikonunda
yer ayırmır. Papanın Ermənistana ünvanlandığı sonuncu məktubda da
bu ifadə səslənməyib. Lakin "xalqınızın tarixi və başına gələn
hadisələr məndə heyranlıq və kədər hissi oyadır" deməklə ermənilərə
öz "sevgisini" göndərib. Papanın bu sevgisinin kökləri bir qədər
dərdindir. Fransisk erməni lobbisinin güclü dayaqlara sahib olduğu
Argentinada doğulub və həyatının çox hissəsini orada yaşayıb.
Ehtimallar var ki, bu, onun baxışlarına da təsirsiz ötüşməyib.
Təsadüfi deyil ki, o, hələ Papa seçilmədiyi 2010-cu ildə
argentinalı ravvin Avraam Skorka ilə birlikdə qələmə aldığı
"Cənnətdə və dünyada" (Sobre el Cielo y la Tierra) adlı kitabında
qondarma "erməni soyqırımı"ndan sevgi ilə bəhs edir, türkləri
nasistlərə bənzədir.
"XX əsrdə özlərini tanrılar kimi görənlər bütün kəndləri yerlə bir
ediblər. Türklər ermənilərə, nasistlər də yəhudilərə qarşı.
İnsanları öldürmək üçün ilahi xüsusiyyətlərə istinad edən
ifadələrdən istifadə etdilər".
Papalıq Fransiskin keçmişini silməyib və bu sözlərin məhz onun
qələmindən çıxdığını heç kim dana bilməz. Fransiskin taleyi onun
səfər proqramında Ermənistana nədən bu qədər önəm verməsini
aydınlaşdırır. Təsadüfi deyil ki, Papa səfərdən öncə "Mən Şərqə -
Ermənistana gedirəm" deyərək, Ermənistanı xristianlığın Şərq
sərhədləri adlandırır və katoliklərdən dua istəyir.
b) Papanın Ermənistanı Şərq sərhədi elan etməsi
Vatikanın üfüqdəki siyasi hədəflərini də aydın göstərir.
Xristianlıq katolik, pravoslav və protestant olmaqla üç böyük qola
ayrılıq. Lakin ermənilər yeganə xristian toplumdur ki,
qriqorianlığı qəbul ediblər və burada məqsəd Məsihin yolunu davam
etdirmək yox, erməni millətçiliyinə xidmətdir. Bu spesifikliyin
irəli gəlməsində ümumiyyətlə dini inanc dayanmır. Çünki dövlətçilik
kökləri olmayan ermənilər üçün kilsə tarix boyu əsas idarəçilik
dayağı olub.
"Erməni dini liderlərinin dini fəaliyyəti az qala yox
kimidir. Lakin bunun müqabilində, milli fikirlərin yayılması
sahəsində çox böyük xidmətləri vardır".
Bu sözləri vaxtilə Van və Ərzurumda Rusiyanın Baş konsulu olmuş
general Mayevski yazırdı.
Qriqorianlıq həm də xristian dünyasının lideri olan katoliklərin
rəhbərliyini qəbul etməyən pravoslavların öz tərəflərinə çəkmək
istədiyi cərəyan olub. Lakin indiyə qədər qriqorianlığın nə
pravoslav, nə də katoliklərə doğru tam inteqrasiya etdiyi müşahidə
olunub. Sadəcə olaraq, Rusiya Ermənistanı siyasi və iqtisadi
cəhətdən tam nəzarətə götürdüyü üçün, qriqorianlığın siyasətdə rolu
azalıb.
Bu situasiya fonunda Papanın Ermənistan səfərində qriqorianlığın
Vatikanın qanadları altına salınması hədəfi görünür. Papa Fransisk
təxminən bir il öncə Türkiyəyə səfəri zamanı Ankaraya "Ermənistanla
sərhədləri aç" çağırışı edərək, bu gedişi etmişdi. Lakin bu dəfə o,
birbaşa Ermənistana gəlir və bu ölkədəki indiki anti-Rusiya
əhval-ruhiyyəsi ona bu işdə yardım edə bilər. Aprel müharibəsindən
sonra erməni ictimaiyyətində Moskvaya qarşı ciddi kin yaranıb və
onlar İrəvandakı Kremlə yaxın hakimiyyəti də artıq qəbul etmirlər.
Papa bu situasiya fonunda İrəvanda cəmiyyəti öz tərəfinə çəkmək,
həmçinin, dini rəhbərliyi qanadları altına almaq fikrindədir. Bu,
Vatikanın Şərq sərhədlərində gələcək hökmranlığı üçün vacibdir.
Gözləniləndir ki, Papa İrəvanda qondarma "erməni soyqırımı"
abidəsini ziyarət edəcək. Təbii ki, bununla o, ermənilərin könlünü
fəth etmiş də olacaq.
c) Papanın bu həmləsi Vatikanın xristian dünyasına
dini liderliyini möhkəmləndirməklə yanaşı, siyasi hədəfə də
hesablanıb. İndiyə qədər Qərb Ermənistanı Rusiyanın çətiri altından
çıxarmaq üçün bütün vasitələrdən istifadə etsə də, bu, baş
tutmayıb. Hesab etmək olar ki, bu missiyanı Vatikan öz üzərinə
götürüb. Papa siyasi liderlərin edə bilmədiyini etməklə həm
Vatikanın nüfuzunu gücləndirmək, həm də siyasət üzərində
katolikliyin zəifləyən təsirini bərpa etmək niyyətindədir. Bu
prosesdə məhz din faktorunun seçilməsi də təsadüfi deyil.
2008-ci il "beş günlük" müharibədə Rusiya Abxaziya və Osetiyanı ələ
keçirmək planında din faktorundan yararlanmışdı. Belə ki, bu
bölgənin əhalisi dini rəhbər olaraq Rusiya Pravoslav Kilsəsini
qəbul edirdi. Bölgənin zəbt olunmasından sonra əhalinin dəstəyini
qazanmaqda rus kilsəsi böyük rol oynadı. Bu ssenaridən çıxış etsək,
ehtimal etmək olar ki, Papa qriqorianlığı Vatikanın qanadı altına
alaraq, erməni cəmiyyətində Qərbin rüşeymlərini yerləşdirir. Bu
bağlılıq İrəvanda rusmeyilli hakimiyyətin devriləcəyi təqdirdə,
erməni cəmiyyətinin dəstəyini qazanmaqda əsas faktor olacaq. Bu
ssenarinin məhz indi – ermənilərin anti-Rusiya kini ilə dolu olduğu
bir vaxtda işə salınması da təsadüfi deyil.
Papa bununla həm katolikliyin pravoslav üzərində qələbəsini, həm də
Vatikanın siyasi dairələr üzərində nüfuzunu bərpa etməyi
planlaşdırır. Buna görə də o, Azərbaycan və Gürcüstana səfərini
ləğv etsə də, Ermənistan səfərində dəyişiklik etmədi. Yaxud, Papa
Ermənistana xüsusi səfər etmək üçün regionun digər iki ölkəsinə
səfərinin tarixini dəyişdirdi. Məsələni bu cür də qoymaq olar.
Asif Nərimanlı
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO