XİN-dən İrana verilən ərazi ilə bağlı açıqlama - Foto
Bizi izləyin

Nida.az

XİN-dən İrana verilən ərazi ilə bağlı açıqlama - Foto

XİN-dən İrana verilən ərazi ilə bağlı açıqlama - Foto

“Ümumiyyətlə, Azərbaycan heç bir zaman heç kimə bir qarış torpağını belə verməz”.

Bu sözləri “Axar.az”a Culfa rayonundakı 44 metrlik ərazinin İrana birləşdirilməsi ilə bağlı açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat katibi Elman Abdullayev deyib.

O, ümumiyyətlə məsələ ilə bağlı məlumatının olmadığını bildirib: “Məndə belə bir məlumat yoxdur. Ümumiyyətlə, Azərbaycan heç bir zaman heç kimə bir qarış torpağını belə verməz”.

Qeyd edək ki, dünən İran mətbuatında Culfa rayonundakı 44 metrlik mübahisəli ərazinin İrana birləşdirilməsi ilə bağlı məlumat yayılmışdı. Onu da bildirək ki, verilən xəbərdə məhz “44 metr” sözü işlədilib. Bunun 44 kvadrat metrlik sahə, yoxsa sərhəd keçid məntəqəsinin 44 metr irəli çəkilməsi anlamında işlədildiyi barədə məlumat verilmir.

İran mediasında yayılan xəbərin fotosurətini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm