Rusiya təhlükəsi varmı? - İqtidarın mövqeyi
Bizi izləyin

Nida.az

Rusiya təhlükəsi varmı? - İqtidarın mövqeyi

Rusiya təhlükəsi varmı? - İqtidarın mövqeyi


“Ermənistanı çıxmaq şərti ilə Azərbaycan bütün qonşu ölkələrlə xoş münasibətə malikdir, o cümlədən Rusiya ilə. Bu əlaqələr bərabərhüquqlu formada inkişaf edir”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az -a açıqlamasında son günlər Azərbaycana qarşı Rusiya təhlükəsinin olması haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib. S. Novruzov Rusiyanın Azərbaycandan Gömrük İttifaqına qoşulmaqla bağlı istəyinin olması haqqında deyib ki, Azərbaycan heç bir bloka qoşulmur və bütün tərəflərlə bərabər əməkdaşlığa üstünlük verir: “Biz Gömrük İttifaqına qoşula bilmərik. Çünki Azərbaycanın ərazisini işğal edən dövlətlə eyni ittifaqda ola bilmərik. MDB-də elə sənədlər var ki, biz onlara qoşulmuruq. Gömrük İttifaqı, ilə yanaşı Kollektiv Təhlükəsizlik müqaviləsinə qoşula bilmərik. Qarabağ münaqişəsi həll olunmayan qədər Azərbaycan Ermənistanla bərabər şəkildə əməkdaşlıq edə bilməz. Təsəvvür edin ki, Azərbaycan Gömrük İttifaqına qoşulsa, Ermənistana gedən bütün yüklər Azərbaycan ərazisindən sərbəst şəkildə keçməlidir. Bunun müqabilində də Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bunu dövlətlər dən bizi başa düşür. Bununla bağlı həm Qazaxıstanın, həm Belarusiyanın, həm də Ukraynanın keçmiş prezidenti də çıxış etmişdi ki, bu məsələdə Azərbaycanın dediyi həqiqətdir. Azərbaycan vahid Gömrük İttifaqına qoşula bilməz”.

S. Novruzov qeyd edib ki, Azərbaycan Rusiya ilə yaxşı münasibətlərə, iqtisadi dövriyyəyə, siyasi əlaqələrə malikdir: “Xarici media bir çox hallarda aranı qızışdırır, hər iki ölkə arasında münasibətləri gözü götürməyənlər var. Belə mediaların bir çoxu erməni lobbisinə xidmət edir”.

Millət vəkili ötən il prezident seçkilərindən öncə Rusiyanın Azərbaycana dair planlarının olduğu məlumatları haqda deyib ki, burda söhbət konkret Rusiyada deyil, Rusiyadakı dairələrdən gedirdi: “İstər Rusiya, istər İran, istərsə Avropa və ABŞ-da müəyyən dairələr var ki, burda aranı qarışdırmaqda maraqlıdırlar. Yəni söhbət konkret dövlətlərdən deyil, dairələrdən gedir. Elə senat, yaxud konqresmen var ki, erməni lobbisinin təsiri altında Azərbaycana qarşı bəyanatlar səsləndirir. Ölkə daxilində də elə QHT-lər var ki, Azərbaycan haqqında mənfi rəy yaradırlar. Azərbaycanda da belə dairələrə qulluq edənlər var. Seçki öncəsi də onlar xof, qarışıqlıq yaratmaq istədilər, lakin xalq buna imkan vermədi”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm