Lavrov-Çavuşoğlu görüşü başa çatdı - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Lavrov-Çavuşoğlu görüşü başa çatdı - VİDEO (YENİLƏNİB)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və rus həmkarı Sergey Lavrov arasında Soçidə keçirilən görüş başa çatıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş 36 dəqiqə davam edib.

Çavuşoğlu görüşdən əvvəl Rusiya jurnalistlərini rus dilində salamlayıb. Çavuşoğlu isti qarşılanma üçün Lavrova təşəkkür edib. "Bizim prezidentlərimiz telefonla danışırdılar, bu, çox konstruktiv danışıq idi", - Çavuşoğlu deyib.

Lavrov isə öz növbəsində Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etdiyinə görə Çavuşoğluna təşəkkürünü bildirib. O, ümid etdiyini bildirib ki, Rusiya-Türkiyə münasibətlərinə düzgün istiqamət veriləcək.

***

13:34

Bu gün Soçidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü başlayıb.

Publika.az xəbər verir ki, görüşdə iştirak etmək üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya gedib.

Çavuşoğlu toplantı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında ötən gün gerçəkləşən telefon danışığı zamanı əldə olunan razılıqlar müzakirə olunub.

Xatırladaq ki, Türkiyə və Rusiya arasında bu görüş ötən il noyabrın 24-də vurulan təyyarə hadisəsindən sonra iki ölkə arasında baş tutan ən əhəmiyyətli görüş hesab olunur.

Vasif Həsənli

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm