Qənirə Paşayeva Misir rəsmilərilə Qarabağdan danışıb
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Misir rəsmilərilə Qarabağdan danışıb

Qənirə Paşayeva Misir rəsmiləri ilə Ermənistanın işğalçılıq siyasətindən danışıb.

Publika.az-ın məlumatına görə, millət vəkili Misir Qadınlar Milli Şurasının vitse prezidenti, nazir müavini Mona Omarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı Azərbaycanın bütün istiqamətlərdə Misirlə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.

Q.Paşayeva görüş zamanı Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son vəziyyət barədə məlumat verib.

Misirin də Azərbaycanla dostluq əlaqələrinə böyük önəm verdiyini deyən vitse prezident iki ölkə arasında münasibətlərin getdikcə daha sürətlə inkişaf edəcəyinə inandığını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm