ATƏT-də sovetdən qalan AES-lərin istismarının dayandırılması təklifi qəbul edilib
Bizi izləyin

Nida.az

ATƏT-də sovetdən qalan AES-lərin istismarının dayandırılması təklifi qəbul edilib

Bu gün Tiflisdə keçirilən ATƏT Parlament Assambleyasının (PA) İqtisadiyyat, Elm, Texnologiya və Ətraf mühit komitəsinin iclasında iqtisadi məsələlərlə yanaşı, ekologiya, müxtəlif bölgələrdə təhlükəsizlik və həmçinin Çernobıl hadisəsi ilə bağlı məsələlər müzakirə olunub.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Milli Məclisinin deputatı Kamran Nəbizadə bildirib.

K. Nəbizadə deyib ki, Azərbaycan nümayəndə iclasda sovet dönəmindən qalan və regiondakı seysmik zonada yerləşən atom elektrik stansiyaların (AES) istismarının dayandırılması təklifi ilə çıxış edib: "Bu AES-lərin potensial təhlükə mənbəyi olduğunu, fəlakətə yol açacağını bildirdik və onların istismar olunmasının dayandırılmasını təklif etdik. Bu AES-lərin istismar müddəti başa çatıb. İndi bu AES-lər fəaliyyət göstərirsə, radiasiya qəzası baş verər. Komitənin ikinci iclasında 10-cu maddə üzrə təklif etdiyimiz düzəliş qəbul olundu. Ermənistan nümayəndəsi bizim təklif etdiyimiz düzəlişə qarşı çıxdı. Amma iclasda onların səsinə səs verən olmadı".

İclasda Almaniyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Doris Barnet Azərbaycanın mövqeyini dəstəkləyib.

Qeyd edək ki, Ermənistana məxsus "Metsamor" AES-in istismar müddəti başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm