Novruz Məmmədov: Aprel döyüşlərindən sonra canlanma var - VİDEO
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: Aprel döyüşlərindən sonra canlanma var - VİDEO

Bütün dünya gördü ki, Qarabağ məsələsi dondurulmuş münaqişə deyil və hər an alışıb yana bilər. Son hadisələr bunu bir daha sübut etdi".

Bunu ANS TV-nin "Hesabat" verilişində Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Mir Şahinin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir canlanma var. Aprel hadisələrindən sonra ABŞ, Rusiya Federasiyası və eləcə də Fransanın özü də prezidentlər arasında görüşlərin keçirilməsi istiqamətində ciddi səylər göstərir.

Daha sonra Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan həmsədri Frank Volter Ştaynmayerin Bakı səfərinə toxunan Administrasiya nümayəndəsi Almaniyanın da münaqişələrin həlli istiqamətində müəyyən addımlar atmaq istəyinin olduğunu bildirib.

"Azərbaycan prezidentinin Almaniya səfəri zamanı Almaniya kansleri və digər nümayəndə heyətləri ilə bu münaqişə geniş şəkildə bütün detallarına qədər müzakirə edilib. Ştaynmayerin səfəri heç də təsadüfü bir hal deyil. Prezidentin apardığı hərtərəfli danışıqların nəticəsi olaraq Almaniyanın xarici işlər naziri regiona səfər etdi", - deyə Novruz Məmmədov Frank Volter Ştaynmayerin Bakı səfərini şərh edərkən deyib.

Türkiyə-Rusiya münasibətlərinin müsbət məcraya çıxmasından danışan qonaq prezident İlham Əliyevin iki ölkə arsında münasibətlərin düzəlməsi üçün vacib addımlar atdığını qeyd edib.

"Türkiyə bizim üçün dost qardaş tərəfdaş dövlətdir. Rusiya isə bizim üçün çox gözəl münasibətlər qurduğumuz, əməkdaşlıq etdiyimiz dost ölkədir. Hər iki ölkə arsında münasibətlərin düzəlməsi bizim üçün də çox faydalıdır",- deyə prezident adminsitrasiyası rəhbərinin müavini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm