Səfirimiz mümkün Paris görüşü barədə DANIŞDI
Bizi izləyin

Nida.az

Səfirimiz mümkün Paris görüşü barədə DANIŞDI

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin avqust ayında Parisdə keçirilməsi gözlənilən görüşü ilə bağlı danışıb.

Səfir E.Əmirbəyov Publika.az-a açıqlamasında deyib ki, hələlik bu görüşlə bağlı heç bir müzakirə aparılmır: "Hələ ki, bu görüşün konkret tarixi və ya günü məlum deyil. Sadəcə olaraq, belə bir görüşün keçirilməsi barədə ideya təklif olunub. Ümumiyyətlə, hazırda bu barədə tərəflərlə heç bir danışıqlar aparılmır".

Diplomat qeyd edib ki, danışıqların aparılması üçün görüşün konkret tarixi məlum olmalıdır: "Yəni, görüşün keçirilməsi ilə bağlı tərəflərə konkret tarix təklif olunur. Daha sonra isə həmin tarix ya qəbul olunur, ya da olunmur. Fransa tərəfi isə bizə bu barədə hər hansı təklif göndərməyib".

Xatırladaq ki, Ermənistanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, hakim Respublika Partiyasının deputatı Artaşes Qeqamyan bu ilin avqustunda Parisdə Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşünün təşkil oluna biləcəyini bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm