Nazirlik təkzib etdi: Monteneqroya kredit ayırmırıq
Bizi izləyin

Nida.az

Nazirlik təkzib etdi: Monteneqroya kredit ayırmırıq

Azərbaycan hökuməti tərəfindən Monteneqroya kreditin ayrılması hazırda gündəmdə deyil.

Publika.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

"Azərbaycan hökuməti tərəfindən Monteneqroda yerləşən Veriqe boğazı üzərindən körpünün tikintisinə kreditin ayrılması gündəmdə deyil", - deyə A. Əliyev qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Monteneqro hökumətlərarası Birgə Komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.

Xatırladaq ki, Monteneqro KİV-nin yazdığına görə, Azərbaycan Monteneqro hökumətinə kredit verməyə hazırlaşır. "TradeGoria" portalı yazır ki, vəsaitin Veriqe boğazı üzərindən körpünün tikintisinə sərf olunacağı gözlənilir.

Kreditin məbləği 175 mln. avro, müddəti isə 15 il təşkil edir. Gözlənilir ki, vəsait "Monteput" dövlət müəssisəsinə ayrılacaq.

Məsələ iki ölkənin ekspertləri səviyyəsində müzakirə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm