Azərbaycanda əhalinin 85 faizi döyüşə hazırdır – SORĞU
Bizi izləyin

Nida.az

Azərbaycanda əhalinin 85 faizi döyüşə hazırdır – SORĞU

ABŞ-ın "Qallup" araşdırma şirkətinin keçirdiyi "ölkəsi üçün savaşma iradəsi" adlı sorğuda Azərbaycan ilk pillələrdə qərarlaşıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 63 ölkədə keçirilən sorğuda müxtəlif nəticələr qeydə alınıb.

Azərbaycan əhalisinin 85 faizi vətəni üçün hər an savaşmağa hazır olduğunu qeyd edib. Azərbaycan bu nəticə ilə siyahıda altıncı yerdə qərarlaşıb. Türkiyə isə 73 faizlə 12-ci yerdədir.

Mərakeş 94 faizlə siyahıya rəhbərlik edir. Yaponiya isə 11 faizlə ən sonuncu pillədə qərarlaşıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm