Türk dünyasının ağsaqqalı 75 yaşını qeyd edir – FOTOLAR
Bizi izləyin

Nida.az

Türk dünyasının ağsaqqalı 75 yaşını qeyd edir – FOTOLAR

Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev 75 yaşını qeyd edir.

Publika.az xəbər verir ki, türk dünyasının ağsaqqalı hesab olunan Nursultan Nazarbayev 1940-cı il iyulun 6-da Qazaxıstanın Almatı şəhərinin Şamalğan kəndində doğulub.

O, 1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyub, "Kazmetalurqstroy" trestində fəhlə işləyib.

"Böyük ağsaqqal" ləqəbi ilə tanınan Nazarbayev 1960-1969-cu illərdə Karaqanda metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb.

O, 1967-ci ildə Karaqanda metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirib, iqtisad elmləri doktorudur.

N.Nazarbayev 1969-1984-cü illərdə Karaqanda metallurgiya zavodunda, Temirtausk səhər partiya komitəsində, Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb.

O, 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib, 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub, 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali Sovetinin sədri seçilib.

N.Nazarbayev 24 aprel 1990-cı ildə isə Qazaxıstan Ali Soveti tərəfindən Qazaxıstan Prezidenti, daha sonra 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib.

29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb.

10 yanvar 1999-cu ildə seçkilərdə 81,71 faiz səs toplayaraq yenidən prezident seçilib.

4 dekabr 2005-ci ildə seçkilərdə 91.15 faiz səs toplayaraq təkrar prezident olub.

Evlidir, üç qızı var. Tennis və xalq musiqisinə maraq göstərir.

Nursultan Nazarbayev özünə dəbdəbəli ad günləri keçirməsi ilə də yaddaşlarda qalıb.

O, 2011-ci ildə paytaxt Astanada özünə dəbdəbəli ad günü - yubileyi təşkil edir. Həmin ad gününə Türkiyənin və Rusiyanın o zamankı prezidentləri - Abdullah Gül və Dmitri Medvedev də olmaqla 7 ölkənin rəhbəri qatılır.

Bundan başqa, N.Nazarbayev öz adının əbədiləşdirilməsi ilə bağlı da diqqət çəkən addımlar atıb. Hətta, 2008-ci ildə Qazaxıstan parlamenti Nursultan Nazarbayevin doğum gününün ölkədə milli bayram kimi qeyd olunması ilə bağlı qanun qəbul edir. Həmin qanuna əsasən, hər il 6 iyul Qazaxıstanda "Paytaxt günü" kimi qeyd olunur.

Bu gün Nursultan Nazarbayevin Türkiyədə və digər ölkələrdə adına park və heykəllər mövcuddur.

Nursultan Nazarbayevin Azərbaycanın sabiq prezidenti Heydər Əliyevlə də yaxın dostluğu olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm