“Məndən rüşvət istəyən yoxdur” – deputat
Bizi izləyin

Nida.az

“Məndən rüşvət istəyən yoxdur” – deputat

Azərbaycanda korrupsiya hallarının mövcud olmasını təkcə sıravi vətəndaşlar və media nümayəndələri deyl, həm də vəzifədə outran adamlar da hiss edirlər. S.Rüstəmxanlı deyib: “Arzu edərdim ki, korrupsiya ilə mübarizə tədbirləri daha da gücləndirilsin. Mən

“Azərbaycanda korrupsiyaya qarşı çox ciddi mübarizə aparılmalıdır. Artıq bu məsələ zərurətə çevrilib”. Bunu Publika.Az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda korrupsiya hallarının mövcud olmasını təkcə sıravi vətəndaşlar və media nümayəndələri deyl, həm də vəzifədə outran adamlar da hiss edirlər. S.Rüstəmxanlı deyib: “Arzu edərdim ki, korrupsiya ilə mübarizə tədbirləri daha da gücləndirilsin. Mən prezidentin bununla bağlı söylədiyi fikirlərə də normal baxıram”.

İndiyədək korrupsiya və rüşvətlə qarşılaşması barədə sualada cavab verən S.Rüstəmxanlı bildirib: “Mənim indiyədək keçdiyim yol elə yol olub ki, xoşbəxtlikdən mən korrupsiya və rüşvət hərəkətləri ilə şəxsən qarşılaşmamışam. Mənə insanların münasibəti aydındır. Nə məndən rüşvət istəyən yoxdur, nə də mən heç kəsə rüşvət vermirəm. Ancaq digər insanların şahidi olduğu rüşvət və korrupsiya halları baş verir. Korrupsiya və rüşvət cəmiyyətdə bəlaya çevrilib. Ölkədə xalqla iqtidar arasında normal münasibətlər sisteminin yaranması üçün bu cür problemlərin aradan qaldırılması çox vacibdir. Ən azı iqtidar öz gələcək taleyini ağıllı düşünürsə, o zaman mütləq bu problemlərin həllinə nail olmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm