Nida.az
Leyla Əliyeva tələbələrlə selfi çəkdirdi - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda səfərdə olan rusiyalı tələbələrlə görüşüb.
Fonddan Publika.az-a verilən məlumata görə, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) və Rusiyanın Milli Tədqiqat Universiteti "Ali İqtisad Məktəbi"nin tələbələri ilə görüşdə bir sıra layihə və təkliflər müzakirə olunub.
Rusiyalı tələbələr səfərləri barədə təəssüratlarını bölüşərək Bakıda olduqları müddətdə paytaxtımızla geniş tanışlıq imkanı yarandığını bildiriblər. Tələbələr buradakı qonaqpərvərlik və Bakının gözəlliyinə heyran olduqlarını deyiblər.
Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, ölkə daxilində və Azərbaycandan kənarda həyata keçirilən layihələr, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı görülən işlər barədə danışıb. Bildirib ki, Fondun sosial-humanitar sahələrdəki fəaliyyəti cəmiyyətdə vacib rol oynayır.
Rusiyalı qonaqlar Leyla Əliyevanın Moskva Dövlər Universiteti və Möskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ekologiya, sosial mövzularda mühazirə ilə çıxış etməsi təklifini irəli sürüblər. Eyni zamanda MDBMİ-nun nəzdindəki "Negotiation Glub" çərçivəsində beynəlxalq turnirin keçirilməsi məsələsi müzakirə olunub.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!