• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Bakı Xoreoqrafiya Akademiyası tam orta təhsil üzrə proqram həyata keçirəcək

Bakı Xoreoqrafiya Akademiyası tam orta təhsil üzrə proqram həyata keçirəcək

Prezident İlham Əliyev "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli fərmanı ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi"ndə aşağıdakı məzmunda 2.2.1.3-cü yarımbənd əlavə edilir:

"2.2.1.3. tam orta təhsil;";

4.15.5-ci yarımbənddə "ümumi orta təhsil" sözlərindən sonra ", tam orta təhsil" sözləri əlavə edilir.

Bundan əvvəl bu yarımbənddə qeyd olunurdu:

"4.15.5. şagird və tələbələrin imtahana buraxılması, sinifdən-sinfə (kursdan-kursa) keçirilməsi, ümumi orta təhsil və orta ixtisas təhsili haqqında dövlət sənədlərinin verilməsi, şagird və tələbələrin həvəsləndirilməsi, həmçinin başqa pedaqoji təsir kömək etmədikdə, şagird və tələbələrin Akademiyadan xaric olunması məsələsini;"

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>